Sosial şəbəkədə biz:

General Rəsul Çunayevin rütbəsini artırdı - FOTO

18 August 2018, 13:18
Gündəm
Azərbaycanın tanınmış yunan-roma güləşçisi, Avropa və dünya çempionu olan Rəsul Çunayevə baş leytenant rütbəsi verilib.
Bununla bağlı Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyev əmr imzalayıb. Qeyd edək ki, Rəsul Çunayev DSX-nın zabitidir. I Avropa Oyunlarında qızıl medal qazanan idmançı 2015-ci ildə leytenant rütbəsinə layiq görülmüşdü. AzVision.az