Sosial şəbəkədə biz:

Suriyalı qardaşlar 7 il sonra Həcc ziyarətində qarşılaşdılar

20 August 2018, 09:46
Gündəm
Suriyada vətəndaş müharibəsi səbəbindən ayrılan qardaşlar yeddi il bir-birinin üzünə həsrət qalıb. Virtualaz.org Türkiyə KİV-ə istinadən bildirir ki, yeddi illik həsrət Həcc ziyarətində bitib. İki qardaş Məkkədə qarşılaşıb. Sosial mediada yayılan görüntülərdən aydın olur ki, onlar bir-birini görəndə ağlamağa başlayıblar və qucaqlaşıblar. Qardaşların qovuşması və ağlaması digər hacıları da göz yaşlarına boğub. Məlumata görə, qardaşlardan biri İordaniyada yaşayır, digəri isə Suriyada həyatına davam edir.