Sosial şəbəkədə biz:

Fars-molla rejimi idbarlığını davam etdirir... - Xalqımızı təhqir edən veriliş heyəti efirə qayıdır

20 August 2018, 10:08
Gündəm
Azərbaycan türklərini təhqir edən “Fitilə əmiləri” adlı qrup yenidən İran televiziyasına qayıdır. Kult.az xəbər verir ki, “Əkizlər kollektivi” adı ilə televiziyaya qayıdan qrup İran Səhiyyə Nazirliyinin yardımı ilə uşaqlar haqda proqramla çıxış edəcək. Qeyd edək ki, 2015-ci il noyabrın 6-da İran televiziyasında yayımlanan “Fitilə” televiziya komediyasında diş fırçası ilə tualet fırçası arasındakı fərqi bilməyən bir türk uşağının təsvir edilməsi Güney Azərbaycanın əksər şəhərlərində etirazlara səbəb olmuşdu.