Sosial şəbəkədə biz:

Xəstəxanada intihar – Qadın özünü 5-ci mərtəbədən atdı

20 August 2018, 14:09
Gündəm
Sumqayıt şəhərində xəstəxanada müalicə olunan qadın intihar edib. “Report”un məlumatına görə, hadisə 2 saylı Şəhər Xəstəxanasında baş verib. Şəhərin Corat qəsəbə sakini, 1952-ci il təvəllüdlü Məhrubə Əsgərova müalıcə aldığı xəstəxananın 5-ci mərtəbəsidə yerləşən palatadan özünü ataraq intihar edib. Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (Özünü ölüm həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.