Sosial şəbəkədə biz:

Türkiyə hərəkətə keçdi - ABŞ səfirliyinə atəş açan 2 nəfər saxlanıldı

20 August 2018, 20:22
Gündəm
Türkiyə hökuməti ABŞ-ın Ankaradakı səfirliyinə silahlı hücum edən iki şübhəli şəxsi saxlayıb.  “Qafqazinfo” “Milliyet”ə istinadən xəbər verir ki, həmin şəxslər silah və avtomobilləri ilə birlikdə saxlanılıb.
Xatırladaq ki, bu gün səhər saatlarında ABŞ-ın Ankaradakı səfirliyi naməlum şəxslər tərəfindən atəşə tutulub. Səfirliyə ağ rəngli minik avtomobilindən 4-5 dəfə atəş açılıb.  Ölən və yaralanan olmayıb.