Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən, Orxan Fərmayıl oğlu Məmmədov Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Orxan Fərmayıl oğlu Məmmədov 1989-cu ildə anadan olub.
Orxan Məmmədov ötən il Yasamal Rayonu İcra Hakimiyyəti başçısına müavin təyin olunub.
Daha əvvəl isə Yasamal Rayon İcra Hakimiyyəti başçısı Aparatının hüquq şöbəsinin müdiri vəzifəsində çalışıb.
Yeni başçı Dövlət İqtisad Universitetinin məzunudur. Həmçinin Bakı Dövlət Universitetinin hüquqşünaslıq fakültəsini bitirib. Bundan əlavə, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının magistrantı olub.