Sosial şəbəkədə biz:

Ukraynada qadın alveri ilə məşğul olan azərbaycanlı saxlanılıb

22 August 2018, 16:53
Gündəm
Ukraynada 50-ə qədər qadını satmaqda ittiham olunan azərbaycanlı saxlanılıb.
"Report"un əldə etdiyi məlumata görə, Ukraynanın paytaxtı Kiyev şəhər Şevçenkovskiy rayon polisi ilə Xerson şəhər polisinin birgə əməliyyatı nəticəsində azərbaycanlı, 1970-i il təvəllüdlü Həsənov Qabil Xasay oğlunun başçılıq etdiyi dəstə saxlanılıb. Azərbaycanlı barəsində artıq Şevçenkovskiy rayon məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan rədbiri seçilib. O, başçılıq etdiyi dəstə ilə birgə 50-ə qədər ukraynalı qadını Avropa və ərəb ölkələrində fahişəliyə cəlb etmə məqsədilə satılmasında ittiham olunur.