Sosial şəbəkədə biz:

Bakı Beynəlxalq Avtovağzalının əməkdaşları vahid formaya keçdilər

24 August 2018, 19:00
Gündəm
Bu gündən Bakı Beynəlxalq Avtovağzal Kompleksinin əməkdaşları vahid forma geyinəcəklər. Trend-in məlumatına görə, Kompleksin Sərnişindaşımanın təşkili şöbəsinin əməkdaşları – perron nəzarətçiləri, dispetçerlər və mütəxəssislər vahid uniforma geyinəcəklər. Sərnişinlər onları maraqlandıran bütün sualları əməkdaşlara ünvanlaya bilərlər.