Sosial şəbəkədə biz:

Azərbaycan Premyer Liqasında III tura yekun vurulacaq

26 August 2018, 14:06
Gündəm
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında III tura yekun vurulacaq. “Report” xəbər verir ki, son oyun günündə iki matç keçiriləcək. Əvvəlcə turnir cədvəlinin son pillələrində qərarlaşan “Keşlə” və “Səbail” üz-üzə gələcək. Meydan sahibləri yeni mövsümə “Sabah”a 0:1 hesablı məğlubiyyətlə başlayıb, ardınca “Zirə” ilə heç-heçə ediblər – 2:2. Qonaqlar isə “Qəbələ” ilə “Qarabağ”a müvafiq olaraq, 3 və 2 cavabsız qolla uduzublar. “Keşlə” ilə “Səbail” milli çempionatlarda 5-ci dəfə qarşılaşacaqlar. Əvvəlki görüşlərin 2-də meydan sahibləri, 1-də qonaqlar qalib gəlib. Komandalar bir matçda 1-dən çox qol vura bilməyib. “Keşlə” ev oyunlarını qolsuz və xalsız tərk etməyib. Həftənin son oyunu bütün milli çempionatların iştirakçısı - “Qarabağ”la “Neftçi” arasında olacaq. Yeni mövsümə “Sumqayıt” (2:0) və “Qəbələ” (2:1) üzərində qələbə ilə başlayan “ağ-qaralar” 6 xalla vahid liderdir. “Zirə” ilə ilk turdakı matçı təxirə salınan Ağdam komandası isə “Səbail”i 2 cavabsız qolla məğlub edib. “Qarabağ”la “Neftçi” indiyə qədər 72 çempionat oyununda üz-üzə gəlib. Bunlardan 27-də qalib gələn “köhlən atlar”, 19 görüşdən məğlub ayrılıblar. Son 3 matçda 1-dən artıq qol vurulmayıb. “Neftçi” ardıcıl iki qarşılaşmada qol buraxmayıb. Azərbaycan Premyer Liqası III tur 26 avqust (bazar) 18:00. "Keşlə” – "Səbail” Hakimlər: Ömər Paşayev, Elman Musayev, Məmmədəli Kərimov, Rəhim Həsənov AFFA nümayəndəsi: Eldəniz Musayev Hakim-inspektor: Kərim Ağayev "ASK Arena" 20:30. "Qarabağ” – "Neftçi” Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Zeynal Zeynalov, Rauf Cabbarov AFFA nümayəndəsi: Əsgər Əmirəliyev Hakim-inspektor: Məlik Həsənov "Azərsun Arena”