Sosial şəbəkədə biz:

Müğənni Yaşar gəlinsiz toy edir - FOTOLAR

27 August 2018, 21:10
Gündəm
Müğənni Yaşar Cəlilovun toy məclisi keçirilir. Musavat.com xəbər verir ki, gəlinsiz baş tutan məclis sırf şou-biznes əhli üçün nəzərdə tutulub. Məclisin aparıcısı Samir Bayramlı ilə Vüsalə Kərimovadır. "Ailəmizdə hər kəs tez ailə qurub. Mənim də evlənməyimi istəyirdilər. Evlənəcəyim xanım şou-biznesdən tamamilə uzaqdır. Mediada görünməsini istəmirəm. Ona görə də ikinci toyda iştirak edəcək. O toya isə 15 ən yaxın sənət dostumu dəvət etmişəm"-, deyə Cəlilov deyib. Qeyd edək ki, ifaçı Nigar adlı xanımla ailə qurur. Onların ikinci toyu sentyabrda baş tutacaq.