Sosial şəbəkədə biz:

I sinfə qəbul üçün 44 880 sorğu yerləşdirilib

28 August 2018, 11:03
Gündəm
Avqustun 28-inə (saat 10:30) olan məlumata əsasən, elektron sistem (mektebeqebul.edu.az) vasitəsilə paytaxt məktəblərinin I sinfinə qəbul üçün 44 880 sorğu yerləşdirilib. Bakı Şəhər Təhsil İdarəsindən AzVision.az-ın sorğusuna cavab olaraq bildirilib ki, onlardan 42 306-sı ümumi təhsil məktəblərini, 2 574-ü isə lisey və gimnaziyaları seçib. Bu göstərici paytaxtdakı dövlət ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulu proqnozunun təxminən 95 faizinə yaxındır.