Sosial şəbəkədə biz:

Binəli Yıldırım Azərbaycana gəldi

29 August 2018, 00:05
Gündəm
Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırımın Azərbaycana səfəri başlayıb.
Belə ki, ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Heydər Əliyev Beynəlxalq Aeroportunda Binəli Yıldırımı Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov qarşılayıb.
B.Yıldırım Azərbaycana səfəri çərçivəsində dövlət rəsmiləri ilə görüşəcək, iki ölkə arasında olan mövcud münasibətləri müzakirə edəcək.
Qeyd edək ki, bu, onun parlament rəhbəri kimi Azərbaycana ilk səfəridir.