Sosial şəbəkədə biz:

Sumqayıtda yaşayış binasında yanğın olub, 10 nəfər təxliyə olunub

02 September 2018, 10:06
Gündəm
Sumqayıt rayonunda yanğın hadisəsi baş verib. Trend-in FHN-ə istinadən verdiyi məlumata əsasən, şəhərdə beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 70 m² olan 3 otaqlı mənzilin 1 otağında 1 ədəd məişət avadanlığı yanıb.
Yüksək temperaturdan dəhlizin lambirdən ibarət tavanı 3 m² sahədə qarsalanıb. Yanğın zamanı 10 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Otaqlar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.