Sosial şəbəkədə biz:

Əhalinin banklarda nə qədər pulu var? - RƏSMİ

03 September 2018, 21:31
Gündəm
Cari ilin avqust ayının 1-nə əhalinin bank əmanətləri 8 mlrd. 49,5 mln. manat təşkil edib.  Mərkəzi Bankdan bildirilib ki, əhalinin xarici valyutada əmanətləri 5 mlrd. 15,6 mln. manat, milli valyutada əmanətlərinin həcmi 3 mlrd. 33,9 mln. manat olub. Xarici valyutada əmanətlər bütün əmanətlərin 62,3%-ni, milli valyutada əmanətlər isə  37,7%-ni təşkil edib. Hesabat dövründə əhalinin milli valyutada əmanətlərinin həcmi 19,8% artıb. Əmanələrin dollarlaşma səviyyəsi isə azalıb. Belə ki, bu ilin əvvəlinə dollarlaşma 66,5% təşkil edib.