Sosial şəbəkədə biz:

Tramp onu Azərbaycana səfir göndərmək istəyir

05 September 2018, 10:48
Gündəm
ABŞ prezidenti Donald Tramp ABŞ-ın Azərbaycandakı səfiri postuna namizədini irəli sürüb. “Qafqazinfo” xəbər verir ki,  bu barədə Ağ Evin rəsmi saytında məlumat dərc olunub.
Trampın bu posta namizədi Erla Litzenberqerdir. O, hazırda Dövlət departamentinin hərbi-siyasi məsələlər üzrə baş müşaviri olaraq çalışır. Fransız, rus, serb və bolqar dillərini bilir. Evlidir, iki uşağı var.