Neft 2 ayın ən aşağı qiymətinə düşdü
ABŞ-da neftbazalarda ehtiyatların yeddinci həftədə də artması neft qiymətlərinin kəskin düşməsinə səbəb olur. Neft qiymətləri 2 aydan çox uzun bir müddətin ən aşağı səviyyəsinə enib. ABŞ-ın Enerji İnformasiya İdarəsinə görə, bazalarda neft ehtiyatları (rezervləri) ötən həftə 4.22 milyon barel artıb. Analitiklər 1.3 milyon barel artım gözləyirdi. Məlumatın açıqlanmasından sonra, Qərbi Texas tipli neftin barrelinin qiyməti 2.5% ucuzlaşaraq 41.88 dollara enib. Müddətli müqavilə 41.63 dollara enərək 27 Austostan bu yana ən aşağı səviyyə gördü. Brent tipli neft isə 3.8% düşüb və 44 dollara enib. Neft qiymətləri ötən ilin iyul ayından bəri OPEC-in istehsala davam etməsi və təklif çoxluğunun davam edəcəyi gözləntisilə 60% ucuzlaşıb. Xatırladaq ki, bu ilin 24 Avqust tarixində ABŞ xam nefti 38,24 dollara, Brent nefti isə 41,54 dollara düşmüşdü. /”Marja”