Sosial şəbəkədə biz:

Ağdamın yeni icra başçısı "qılıncını sıyırıb"... - GƏLİŞMƏ

07 September 2018, 16:20
Gündəm
Ağdamda yeni başçı təyin olunan Vaqif Həsənov icra strukturunu köhnə rəhbərliyin adamlarından təmizləməyə başlayıb. Azerinfo.tv-yə rayondan verilən məlumata görə Raqub Məmmədovun "qara kassiri" kimi tanınan, ümumi şöbənin müdiri Ramiz Qədirov işdən azad edilib. Yaxın günlərdə İH-də olan müavinlərdən və diğər şöbə müdirlərindəndən də bir neçəsinin işdən çıxarılacağı gözlənilir.