Sosial şəbəkədə biz:

Bakıda hind filmi çəkildi - Tanınmış aktrisa da rol alıb

11 September 2018, 14:58
Gündəm
Azərbaycanda “Viktor 2” adlı hind filminin çəkilişləri baş tutub.  “Qafqazinfo” xəbər verir ki, ekran işinin musiqisinə çəkilən klip Dağüstü park, Fəvvarələr Meydanında lentə alınıb.  Filmin qəhrəmanı, aktrisa-model Asmita Sood instaqram səhifəsində paytaxtdan fotolar paylaşıb, çəkiliş üçün Bakıda olduğunu qeyd edib. O, daha sonra kinodan bir dəqiqəlik görüntünü sosial şəbəkədə yayıb. Bu məqamda bildirək ki, layihənin təqdimatı ötən gün Hindistanda baş tutub.