Sosial şəbəkədə biz:

TSEK sədrinin evindən 230 min çıxdı

Cəlilabadda rüşvət üstündə tutulan məmurun evindən külli-miqdarda pul çıxıb. Axar.az-a verilən məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 30 saylı Tibbi-Sosial Ekspert Komissiyasının (TSEK) sədri Xoşbəxt Ağayevanın mənzilinə baxış zamanı 230 min manat götürülüb. Xəbərdə deyilir ki, bu pulları mənzilindəki seyfdə saxlayıbmış. Qeyd edək ki, virtualaz.org-un verdiyi məlumata görə, aprelin 8-də Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları TSEK sədrini həbs edib. X.Ağayeva Cəlilabad rayonunda növbəti komissiya baxışı keçirilərkən həbs olunub. Axtarış zamanı TSEK sədrinin üzərindən rüşvət kimi alınmış 6 min manat nağd pul götürülüb. Baş prokuror Zakir Qaralov bu il martın 30-da Biləsuvar rayonunda Biləsuvar, Cəbrayıl, İmişli, Cəlilabad və Neftçala rayonlarından olan vətəndaşları qəbul edərkən ən çox şikayət də elə xalq arasında daha çox "VTEK" kimi tanınan 30 saylı TSEK-dən olub. X.Ağayeva ilə yanaşı TSEK-in daha bir əməkdaşı həbs edilib. Həmin şəxs X.Ağayevanın “sağ əli” sayılan tibb bacısıdır. X.Ağayeva əslən Biləsuvardandır. 30 saylı TSEK regional qurum olduğundan o, Cəlilabadda işləyib. X.Ağayeva bu vəzifəyə təxminən 1 il öncə təyin olunmuşdu.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol