Sosial şəbəkədə biz:

İmamlarımızın şəhid olan günü yasımı da saxlayacağam, matəmimi də tutacağam - Şəbnəm Tovuzlu

18 September 2018, 10:37
Gündəm
"Dinlə bağlı bilib-bilmədən danışanlara sözüm budur ki, imamlarımız 9 gün döyüşüb, 10-cu gün isə şəhid olublar". Azerbaycanrealligi.com BiG.AZ-a isitnadən xəbər verir ki, bu sözləri konserti Məhərrəmlik ayına təsadüf edən müğənni Şəbnəm Tovuzlu deyib. İfaçı xanım bildirib ki, Aşura günü yas da saxlayacaq, matəm də tutacaq: "Düzdür, Məhərrəmlik ayıdır. Amma dinlə bağlı lazımsız tənqidlər edənlərə demək istəyirəm ki, yaxşı araşdırsanız görərsiniz ki, imamlarımız 9 gün döyüşüb, döyüşün 10-cu günü isə şəhid olublar. Bu il müsəlman aləmində imamlarımızın şəhid olan günü sentyabr ayının 20-nə təsadüf edir. Həmin gün yasımı da saxlayacağam, matəmimi də tutacağam. Biz dinimizi, imanımızı sevirik və qəlbimizdə yaşadırıq". Azerbaycanrealligi.com