Sosial şəbəkədə biz:

"Unibank" çətin günlərini yaşayır... - BÖHRAN

19 September 2018, 14:24
Gündəm
"Unibank" KB-da müştərilərə verilən kreditlərin həcmi 2 dəfədən çox azalıb. “Kommersant.az” xəbər verir ki, “Unibank” KB 2015-ci ildən hazırki dövrə qədər 8 filialını bağlayaraq 2018-ci ildə filiallarının sayı 31-ə (Bankın 2015-ci ildə 39 filialı fəaliyyət göstərib) endirib. Bankın kredit portfelində kəskin azalma “Unibank”ın 2015-ci ilin ikinci rübü ilə 2018-ci ilin ikinci rübünü müqayisə etdikdə, kredit portfelinin 400 milyon manata yaxın azaldığını müşahidə etmək olar. Belə ki, sözügedən bank 2015-ci ilin birinci yarısında müştərilərinə 731 milyon 464 min manat kredit verdiyi halda, 2018-ci ilin eyni dövründə bu rəqəm 331 milyon 650 min manat olub. Bankın kredit portfelinin azalmasının səbəbi nədir? Bankın kredit portfelinin azalmasının səbəbi problemli kreditlərin həcminin kəskin artmasıdır. Belə ki, bunun 2 səbəbi var. 1. Azərbaycanda devalvasiyanın baş verməsi (Xarici valyuta ilə olan kreditlərin yığımında kəskin problem yaşanması) 2. Kredit kartları (Albalı Kart)