Sosial şəbəkədə biz:

Türkiyədə qətlə yetirilən Etimad İsmayılov kimdir?

19 September 2018, 23:57
Gündəm
Türkiyənin Sabah qəzetinin yaydığı xəbərə görə, həmin ölkədə fəaliyyət göstərən  Etimad İsmayılov adlı Azərbaycan  əsilli  iş adamı İstanbulun  Floriya rayonundakı  ofisində başından  və ürəyindən açılan 3 atəş nəticəsində həyatını  itirib.  Qətli Gözəl Dəmirov adlı şəxsin törətdiyi bildirilir. Sosial şəbəkələrdə silahlı hücum nəticəsində həyatını itirən şəxsin Ədalət Partiyasının sədri İlyas İsmayılovun oğlu olduğu bildirilir. Qeyd edək ki, Ədalət Partiyasının sədrinin oğlu uzun müddətdir ki, Türkiyədə biznes fıaliyyətilə məşğul olurdu və o, tanınmış jurnalist Sevil Nuriyeva ilə ailə həyatı qurmuşdu. Hələlik İlyas İsmayılovun ailəsinə yaxın olan kimsə öldürülən şəxsin partiya sədrinin oğlu olub-olmaması xəbərinə aydınlıq gətirməyib. Rövşən ƏLİ, Azinforum.az