Sosial şəbəkədə biz:

"Firuzə İbadova 2 aydır yataqdan qalxmır"

"Firuzə İbadova 2 aydır yataqdan qalxmır"
Xəbər Şəkli
21 October 2026, 17:14
Mədəniyyət

Əməkdar artist Firuzə İbadovanın səhhətində ciddi problem yaranıb.


Bu haqda müğənni İzzət Bağırov açıqlama verib. O bildirib ki, sənətçi iki aydır yataq xəstəsidir və iki böyük əməliyyat keçirib:

“Xırda bir şey deyil, böyük əməliyyatdır. Onun yanına ikinci dəfədir gəlirəm. İstəyərdim ki, sənət dostlarımız da gəlib baş çəksinlər. O cür gözəl sənətkardır. Çox istəyərdim ki, səhhəti yaxşı olanda onunla görüşənlər indi də gəlib görüşsünlər.

İki aydır yataqdadır. İki böyük əməliyyat keçiridb. Həkim deyib ki, üçüncü dəfə də əməliyyat olunmalıdır. Bizim borcumuzdur onun yanında olaq. Həmişə mehriban olub. Bu gün yanında qızı Hülyadır. Səhərdən axşama qədər onun qayğısına qalır”./axsam.az/