Sosial şəbəkədə biz:

Oğlu Tacir Şahmalıoğluya görə onları hədələdi: Belə paylaşım görsəm

Oğlu Tacir Şahmalıoğluya görə onları hədələdi: Belə paylaşım görsəm
Xəbər Şəkli
08 October 2026, 08:09
Mədəniyyət

Müğənni Tacir Şahmalıoğlunun xeyli çəki atması uzun müddətdir müzakirə olunur.

Sənətçi bir müddət əvvəl əməliyyat olunduğunu və diabet problemi olduğu üçün çəki atmalı olduğunu açıqlayıb. Lakin sosial şəbəkələrdə ifaçının ağır xəstəlikdən əziyyət çəkdiyi iddia olunub.

T.Şahmalıoğlunun oğlu Şahmalı Taciroğlu bu cür paylaşımların ailəsini narahat etdiyini bildirib. O, bu halla qarşılaşsa, polisə müraciət edəcəyini deyib:

“Çox şükür, atamın hər şeyi qaydasındadır. Pis günləri geridə qoyduq. Atam sağdır, yaxşıdır. Atamın ağır xəstə olduğunu yazanlara demək istəyirəm ki, sizinlə qanunla danışacağam. Siz çoxsunuz, bacara bilmərəm. Belə paylaşım görsəm, gedib polisə şikayət edəcəyəm”.

Axşam.az