Sosial şəbəkədə biz:

Asqırdıqdan sonra infarkt keçirən qadın dünyasını dəyişdi

20 September 2018, 09:46
Gündəm
İstanbulda ürək çatışmazlığından müalicə olunan Qəmzə Kalaycı adlı qadın asqırdıqdan sonra infarkt keçirərək ölüb. “Qafqazinfo” “Posta”ya istinadən xəbər verir ki, 28 yaşlı qadın asqırdıqdan sonra halı pisləşib.
Xəstəxanaya yerləşdirilən Kalaycının infarkt keçirdiyi və beyninə qan sızdığı məlum olub. Həkimlər onun həyatını xilas edə bilməyiblər.