Sosial şəbəkədə biz:

Prezident Allahşükür Paşazadəni təltif etdi

16 November 2015, 14:14
Gündəm
Azərbaycan prezidenti İlham Əliyev din xadimlərinin və dini icma rəhbərlərinin "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. “Qafqazinfo” xəbər verir ki, sərəncamda deyilir: "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: Beynəlxalq tolerantlıq günü münasibətilə, Azərbaycanda multikultural ənənələrin və dinlərarası münasibətlərin inkişafındakı xidmətlərinə görə aşağıdakı şəxslər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilsinlər: Allahşükür Hümmət oğlu Paşazadə Aleksandr Gennadyeviç İşein Vladimir Fekete Milix İlxananoviç Yevdayev Gennadi Konstantinoviç Zelmanoviç Robert Baqratoviç Mobili".