Sosial şəbəkədə biz:

Vladimir Putinin Azərbaycana səfərinin proqramı açıqlanıb

26 September 2018, 16:40
Gündəm
Sentyabrın 27-si səhər saatlarında Rusiya prezidenti Vladimir Putin Bakıya gələcək. “Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib. Onun sözlərinə görə, V.Putin Bakıda Rusiya - Azərbaycan regionlararası forumda iştirak edəcək: “Dövlət başçıları Vladimir Putin və İlham Əliyev region rəhbərləri ilə görüşəcək və onların qarşısında çıxış edəcəklər. Bundan əvvəl Rusiya prezidenti Bakıda keçirilən cüdo üzrə dünya çempionatının bəzi görüşlərini izləyəcək”.