Sosial şəbəkədə biz:

Bakıda yeni tikili çökdü - VİDEO

26 September 2018, 16:53
Gündəm
Bakıda tikilməkdə olan yaşayış binası çöküb.
Azinforum.az  minval.info-ya istinadən xəbər verir ki, hadisə Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən "Bravo” marketin yaxınlığında baş verib.
Xətai rayon icra hakimiyyətinin ictimaiətlə əlaqələr şöbəsinin rəhbəri Pənah İmanov bildirib ki, həmin bina qanuni əsaslarla sökülür: "O bina çökməyib. Həmin binanın sökülməsi ilə bağlı qərar verilib. Hazırda buna əməl edilir və bina təhlükəsiz şəkildə sökülür. Sadəcə, yaranan görüntü insanları çaşdıra bilər”.