Sosial şəbəkədə biz:

Bakı Şəhər İcra hakimiyyətində xeyli sayda texniki avadanlıq və kompüterlər yoxa çıxıb

01 October 2018, 11:04
Gündəm
Azinforum.az  unikal.org-a istinadən xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətində invertarlaşma işləri aparılır. Buna səbəb meriyadakı iş otaqlarında xeyli miqdarda texniki avadanlıq və kompüterlərin çatışmazlığıdır. Bu da Bakı Şəhər İcra Hakimiyyətinə rəhbərlik edən Eldar Əzizovu çox təəccübləndirib. Onun göstərişi ilə icra hakimiyyətinin bütün strukturlarında yoxlamalar aparılır. Bu işdə prinsipial mövqe tutan Eldar Əzizov aparılan yoxlamaların sonunda ciddi ölçülərin götürülməsini nəzərdə tutur. Bakı Şəhər İcra Hakimiyyətindən unikal.org-a meriyada inventarlaşma işlərinin aparıldığını təsdiqləyiblər