Sosial şəbəkədə biz:

Emin Ağalarov Rusiyada “Ən yaxşı müğənni” seçildi

01 October 2018, 20:18
Gündəm
Azərbaycanın Xalq artisti Emin Ağalarov Rusiyada “MusicBox”un “Ən yaxşı müğənni” nominasiyasının qalibi olub.
Bu barədə Ağalarov "İnstagram" səhifəsində məlumat yayıb. “Bu gün "MusicBox"-un “Ən yaxşı müğənni” mükafatına layiq görüldüm. Bu nominasiyada mənə səs verən hər kəsə təşəkkürümü bildirirəm. Belə bir ad almaq böyük şərəfdir və sizi daha çox sevindirmək üçün əla stimuldur, dostlar!”— deyə E. Ağalarov yazıb.