Sosial şəbəkədə biz:

Hacıbala Abutalıbova daha bir vəzifə verildi

06 October 2018, 11:19
Gündəm
Nazirlər Kabineti Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası üzvlərinin siyahısında dəyişiklik edib. Bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb. Dəyişikliyə əsasən, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası üzvlərinin Siyahısı”nın “Komissiyanın sədri” bölməsində “Abid Şərifov” sözləri “Hacıbala Abutalıbov”, “Komissiyanın üzvləri” bölməsində “Ceyhun Bayramov” sözləri isə “Firudin Qurbanov” sözləri ilə əvəz edilib.(“Report”)