Sosial şəbəkədə biz:

"Neftçi"nin müdafiəçisi: "Qışda komandanı dəyişmək barədə düşünmürəm"

06 October 2018, 12:37
Gündəm
"Neftçi"nin futbolçusu Slavko Braliç evdə "Sabah" komandasına 2:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının VII tur oyunundan sonra brifinq keçirib. "Report" xəbər verir ki, xorvatiyalı müdafiəçi qırmızı vərəqəyə səbəb olan epizodlardan da danışıb... - Oyun haqqında fikirlərin necədir? - Bu gün biz öz oyunumuzu və gücümüzü göstərdik. Layiq olduğumuz 3 xalı qazandıq və istəyimizə nail olduq. - Komandadakı sabitliyi qorumaq üçün nə lazımdır? - Lider qismində qalmaq istəyiriksə, təkcə "Qarabağ"ı yox, bütün rəqibləri düşünməliyik. Hər bir oyunu düşünüb matçlara ciddi hazırlaşmalıyıq. - Bu gün iki sadə epizodda sarı vərəqə aldın. Bu, oyun praktikasının az olması ilə bağlıdır, yoxsa...? - Düşünürəm ki, ikinci epizodda sarı vərəqəlik heç nə yox idi. Amma əlbəttə, daha çox oyun vaxtı əldə etmək istəyirəm. - Komandada yetərincə müdafiəçi var. Qışda komandanı tərk etməyi düşünürsünüzmü? - Qışda komandanı dəyişmək haqqında düşünmürım. Çalışıram ki, hər məşqdə daha yaxşı iştirak edib baş məşqçinin rəğbətini qazanım və komandadakı yerimi möhkəmləndirim.