Sosial şəbəkədə biz:

Bakıda bir evin qiymətinə İspaniyada bütöv kənd satılır

Bakıda bir evin qiymətinə İspaniyada bütöv kənd satılır
Xəbər Şəkli
10 August 2026, 11:15
Sosial

İspaniyanın Zamora əyalətində təxminən 40 ildir tərk edilmiş vəziyyətdə olan Salto de Castro kəndi amerikalı investorlar tərəfindən təxminən 300-350 min avroya alınıb. Bu məbləğ Bakıda mərkəzdə yerləşən mənzillərin qiyməti ilə müqayisə edilir.

Portuqaliya sərhədinə yaxın yerləşən Salto de Castro Arribes del Duero Təbiət Parkının ərazisində, kanyonları və təbii mənzərələri ilə seçilən bölgədə yerləşir.

Kənddə 44 yaşayış evi, məktəb, kilsə, keçmiş polis məntəqəsi, bar və qonaq evi daxil olmaqla bir sıra tikililər var.

Kəndi amerikalı sahibkar Jason Lee Beckwith və ortağı satın alıb. Onların planına əsasən, Salto de Castro ekoloji və davamlı kənd turizmi mərkəzinə çevriləcək.

İlk mərhələdə kilsənin, həmçinin otel və restoran kimi istifadə olunması planlaşdırılan binaların bərpasına başlanacaq. Daha sonra kənddəki digər evlər mərhələli şəkildə təmir ediləcək.

Salto de Castro 1950-ci illərdə enerji şirkəti Iberdrola tərəfindən yaxınlıqdakı bəndin tikintisində çalışan işçilər və onların ailələri üçün salınıb.

Bəndin inşası başa çatdıqdan sonra sakinlər kəndi tədricən tərk edib. 1980-ci illərin sonlarında isə yaşayış məntəqəsi tamamilə boşalıb.

Kənddəki 14 otaqlı keçmiş qonaq evinin də ümumi istirahət sahəsi və camaşırxanası olan yerləşmə obyektinə çevrilməsi planlaşdırılır. Layihə başa çatdıqdan sonra turistlərin burada qalması mümkün olacaq.

Musavat.com