Sosial şəbəkədə biz:

“İnsanlarımızın fantaziyası böyükdür, soydaşlarımız Rusiyada başqa yollar tapacaqlar”

“İnsanlarımızın fantaziyası böyükdür, soydaşlarımız Rusiyada başqa yollar tapacaqlar”
Xəbər Şəkli
30 September 2026, 14:09
Cəmiyyət

Rusiyada fiziki şəxslərin ölkədən Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzv ölkələrə, eyni zamanda Azərbaycan, Tacikistan və Özbəkistana 1 milyon rubldan artıq nağd pul çıxarılması qadağan edilib. Digər ölkələr üçün isə daha aşağı limit tətbiq edilib.

 

Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən iqtisadçı Əkrəm Həsənovun sözlərinə görə, bunun səbəbi Rusiyadakı vəziyyətlə bağlıdır.

 

O bildirib ki, Rusiyada müharibə davam edir, iqtisadi böhrandır və ölkədən valyutanın çıxmasının qarşısını alırlar: “Biz də, yeri gəlmişkən, ölkədən valyuta çıxmağının qarşısını alırıq. Tələblər çox sərtdir, ancaq Azərbaycanda ölkələr üçün limit yoxdur. Rusiya böyük dövlətdir, bunu həm də siyasi alət kimi də istifadə edir. Kimdən xoşu gəlmirsə, ona dair limitləri daha çox edir. Azərbaycanla münasibəti hazırda gərgin vəziyyətdə olduğu üçün belə edir”.

Həsənovun sözlərinə görə, mövcud vəziyyət Rusiyada yaşayan, işləyən azərbaycanlıların öz qohum və tanışlarına Rusiyadan pul köçürməsinə maneə olacaq: “Məlumdur ki, hələ də Azərbaycanda xeyli insan var ki, Rusiyada yaşayan  qohumlarının hesabına dolanırlar. Hazırda da bu imkan çətinləşir. Bizim insanlarımızın fantaziyası böyükdür, böyük ehtimal ki, soydaşlarımız orada başqa yollar tapacaqlar, bir neçə nəfərin adından göndərəcəklər. Amma bununla yanaşı təbii ki, proses çətinləşir”.