Sosial şəbəkədə biz:

Monserrat Kabelle sabah dəfn ediləcək

07 October 2018, 22:02
Gündəm
Tanınmış opera müğənnisi Monserrat Kabelle oktyabrın 6-da 85 yaşında Barselonada vəfat edib. Bu barədə İspaniyanın “La Vanguardia” qəzeti məlumat verir. Monserrat Kaballe 1933-cü il aprelin 12-də Barselonada doğulub. 1954-cü ildə Barselona “Liseo” teatrının nəzdindəki konservatoriyanı bitirib. 1956-cı ildə isə Bazel operasına daxil olub. Dünya şöhrətini müğənni 1965-ci ildə qazanıb. Müğənni onda Karneqi zalında Qaetano Donizettinin “Lucrezia Borgia” operasında amerikalı Merilin Hornu əvəz edib. Həmin ildən də “Metropoliten operası”nda çıxış edib və 80-ci illərin sonunadək orda fəaliyyət göstərib. Mərhum müğənninin repertuarında ümumilikdə 100-dən çox opera var. Kabele keçmiş Sovet İttifaqı, Moskvada ilk dəfə 1974-cü ildə çıxış edib. Onun dəfn mərasimi oktyabrın 8-də olacaq.