Sosial şəbəkədə biz:

Rusiya KİV-də zaman-zaman “qanuni oğru”lar haqqında yazılar dərc edilir, o cümlədən “Lotu Quli” kimi tanınan Nadir Səlifov haqqında. Moderator.az bu gün-oktyabrın 7-də axşam saatlarında Rambler.ru saytında “Türkiyədən olan oğru Rusiyada xərac yığır” başlığı altında yazının oxucularımız üçün maraqlı olacağını nəzərə alıb təqdim edir. “İnternet üzərində total nəzarət qanunu fikirləşən Rusiya Dövlət Dumasının burnunun altında, internet-texnologiyadan istifadə etməklə qanunu oğru Moskva komersantlarından xərac yığır. Söhbət, Lotu Quli kimi tanınan Nadir Səlifovdan gedir. O Kalujsk şossesindəki böyük topdan satış bazarlarındakı biznesmenlərdən xərac toplayır. Üstəlik, kriminal avtoritet Türkiyədə oturub reket qurbanları ilə 90-cı illərin üslubunda, amma yeni texnologiyadan istifadə etməklə əlaqə saxlayır. Hüquq-mühafizə orqanları isə beynəlxalq axtarışa verilmiş şəxsi tapa bilmirlər. Kalujskdakı bazarlara əvvəllər başqa qanunu oğru –Rövşən Canıyev (Rövşən Lənkəranski) nəzarət edib. İki il əvvəl onu güllələyiblər və bazarlar Zaur adlı avtoritetə keçib. Məhz Quli ondan bu “biznesi” qoparıb. Quli Türkiyədə olmasına baxmayaraq, biznesmenlərlə şəxsən özü danışır. O internet-videokonfrans vasitəsi ilə onlara xərac təyin edir. Reketlər biznesmenləri toplayır və noutbuk vasitəsilə seans təşkil edirlər. Quli onların hamısını görür və əmr verir: ”Sən hər ay iki milyon rubl verəcəksən, sən üç”. Məbləğlər müzakirə olunmur. Səlifov bu yaxınlarda Çernoqriyada saxlansa da, Rusiyaya ekstradisiyası olmayıb. “Səlifovun çox böyük kapitalı bu cür problemləri də həll etməyə imkan verir. İki gündən sonra Çernoqoriyadan Moskvaya məlumat verdilər ki, onlar Qulini buraxıblar ki, hara istəyir getsin”-mənbə belə deyir

08 October 2018, 10:00
Gündəm
Bir neçə müddətdir ki, ekspertlər paytaxt Bakıda və bir çox bölgələrimizdə sürücülərə qəsdən problem yaradan kəmfürsətlərlə bağlı məlumat verirlər. Məsələn, mobil telefonunu avtomobilə vuraraq sürücüdən pul tələb edən adamlar kimi. Daha bir oxşar hadisə Cəlilabad rayon Muğan kənd sakini Tural Əlihüseynovun başına gəlib. Sentyabrın 19-da Tural Əlihüseynov “Chevrolet” markalı avtomobili ilə rayonun Uzuntəpə kəndindən rayon istiqamətində hərəkətdə olarkən, qəfildən avtomobilin qarşısına azyaşlı qız qaçıb. Son anda əyləcə basaraq avtomibili saxlayan sürücü xoşbəxtlikdən azyaşlını vurmayıb. Azyaşlı qız yolu keçdikdən sonra qaçdığı üçün ayağı yol qırağında səkiyə ilişərək yıxılıb. Sürücü yenə hümanistlik göstərib. Avtomobili saxlayaraq onu yerdən qaldırıb, həkimə aparmağı təklif etsə də, azyaşlı razı olmayıb. Buna ətrafda olan kənd sakinləri də şahid olublar. T.Əlihüseynov kənd sakinlərinə əlaqə nömrəsini verərək, qonşu kənddə yaşadığını, əgər azyaşlının valideynlərinin nəsə narazılıqları olsarsa, onunla əlaqə saxlamağı xahiş edib. Hadisədən bir gün sonra azyaşlının atası Uzuntəpə kənd sakini Hüseynov Cəfər Vahab oğlu T.Əlihüseynovun yaşadığı kəndə gələrək onun qızını avtomobillə vuraraq ərazidən qaçdığını iddia edib. Sonra isə bildirib ki, “Qızım yıxıldığı üçün ayağı burxulub, mənə dərman pulu ver!”. Sürücü bu dəfə də öz hümanist addımından qalmayıb, azylaşlının qız uşağı olduğunu nəzərə alaraq insanlıq naminə C.Hüseynova 30 manat pul verib. On gün sonra Cəfər Hüseynov yenidən T.Əlihüseynova zəng vuraraq iddialı danışıb: “Dolanışığım pisdi. Qızımı vurub qaçıbsan. Demirəm on min manat ver, on mindən aşağı nəyə imkanın çatır mənə pul ver, verməsən, səndən polisə şikayət edəcəm. Şahidlərim də var”. T.Əlihüseynov Cəfər Hüseynovun artıq oyun qurduğunu və ondan qurtula bilməyəcəyini başa düşərək bu dəfə özü polisə şikayət edərək başına gəlmiş hadisəni nəql edib. Bölməyə Cəfər Hüseynov və onun azyaşlı qızı da dəvət edilib. Ekspertizadan keçirilən azyaşlını məlum olub ki, avtomobil vurmayıb, o, doğrudan da yıxılıb. Sürücünü qorxudaraq pul tələb edən Cəfər Hüseynovun pul tələb etmək arzusu puça çıxıb. Cəfər Hüseynov bu dəfə barışmaq üçün özü Tural Əlihüseynova minnətçi düşüb. T.Əlihüseynov isə israrlıdır, bu adama belə hərəkəti dərs olsun deyə müvafiq orqanlara yenidən şikayət edəcəyini, hətta C.Hüseynovu onu şərlədiyi üçün məhkəməyə verəcəyini bildirib. \\moderator.az\\