Sosial şəbəkədə biz:

Daha bir əfsanə karyerasını bitirdi

08 October 2018, 11:33
Gündəm
Terri “Çelsi”də 1995-ci ildən çıxış edirdi. “Çelsi”nin əfsanəvi futbolçusu Con Terri karyerasını bitirib. AzNews.az xəbər verir ki, bu barədə Terri özü məlumat verib. O, “instaqram”da belə yazıb: “Futbolda keçirdiyim 23 illik inanılmaz karyeradan sonra qərara gəldim ki, getmək vaxtıdır”. Terri “Çelsi”də 1995-ci ildən çıxış edirdi. Bu müddətdə “təqaüdçülər”in heyətində 702 oyun keçirib, 65 qol vurub. O, 5 dəfə İngiltərə çempionu, Çempionlar Liqasının və Avropa Liqasının qalib olub. 2017-ci ildə “Çelsi”dən ayrılan Terri, bir mövsüm “Aston Villa”da çıxış edib. (AzNews.az)