Sosial şəbəkədə biz:

Yerevan-Bakı dəmiryolunun relsləri də oğurlanıb

09 October 2018, 10:07
Gündəm
Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsindən sonra istifadəsiz qalan Yerevan-Bakı dəmiryolunun Mehri-Qafan hissəsində relslərin sökülməsi ilə əlaqədar cinayət işi açılıb. “ Azinforum.az ” Virtualaz.org-a istinadən xəbər verir ki, relslər 2010-2011-ci illərdə oğurlanıb. Məlumata görə, dəmiryolunun 40 kilometrlik Mehri-Qafan hissəsi Ermənistan Nəqliyyat Nazirliyi ilə Cənubi Qafqaz Dəmir Yolu Qapalı Səhmdar Cəmiyyəti arasında 2008-ci ildə imzalanan sazişə əsasən sözügedən şirkətin mülkiyyətinə keçib.