Sosial şəbəkədə biz:

Lotu Quli İstanbulda həbs edildi - Bu dəfə sifariş Rusiyadan gəldi...

09 October 2018, 10:12
Gündəm
Azərbaycanlı avtoritet Nadir Səlifov (Lotu Quli) Türkiyənin İstanbul şəhərində həbs edildi.
Azinforum.az Turkustan.infoya istinadən xəbər verir ki bu barədə Türkiyənin aparıcı xəbər saytları məlumat yayıb. Məlumatda bildirilir ki, “Organize Suçlar” Polis Bölməsi İstanbulun “Vatan” caddesində əməliyyat həyata keçirib.
O da bildirilir ki, Lotu Qulinin saxlanılmasına səbəb son günlər Rusiya mətbuatında onun haqqında yazılan məlumatlardır. Belə ki, rus mətbuatında Lotu Qulinin Rusiyada ticarət obyektlərindən aylıq ödənc alması iddia olunurdu.