Sosial şəbəkədə biz:

Azərbaycan sülhməramlılarının növbəti qrupu Əfqanıstana yola salındı - FOTO

09 October 2018, 19:14
Gündəm
NATO-nun “Qətiyyətli Dəstək” missiyasının tərkibində fəaliyyət göstərmək məqsədilə Azərbaycan Ordusunun bir qrup sülhməramlısı plana uyğun olaraq rotasiya qaydasında Əfqanıstana yola salınıb. Xəbəri Müdafiə Nazirliyinin saytı yayıb. Qeyd edək ki, Azərbaycan Ordusunun Əfqanıstandakı sülhməramlı missiyası 2002-ci il noyabrın 20-dən başlayıb. Hazırda Azərbaycan Ordusunun 120 hərbi qulluqçusu, 2 hərbi həkimi və 6 qərargah zabiti olmaqla, Əfqanıstandakı missiyada iştirak edir.