Sosial şəbəkədə biz:

Nərgiz Paşayevanın qızı Bakıda kafe açdı - (Fotolar)

Bakıdakı “Harvey Nichols” ticarət-əyləncə mərkəzində “Nargis” jurnalına birbaşa aidiyyəti olan “NARGİS” kafesi açılıb. Məlumata görə, bu kafedə menyuda yalnız sağlam qida məhsullarından hazırlanan yeməklər olacaq. “Kafenin açılışı özündə dəbli trendlərlə vəhdətdə köhnə ənənələrin bərpasını ehtiva edir (60-80-ci illərdə Fəvvarələr meydanında fəaliyyət göstərən və paytaxtın ən dəbli məkanlarında eyni adlı kafeni xatırlamaq kifayətdir). Əsas ideya köhnə Bakı əfsanəsinin yenidən canlandırılmasına can atmaqdır. Gələcəkdə bütün dünyada “Harvey Nichols” ticarət mərkəzi çərçivəsində “NARGİS” kafe şəbəkəsinin açılması ehtimal edilir” - bu barədə oxu.az saytına daxil olan məlumatda deyilir. Qeyd edək ki, “Harvey Nichols” ticarət-əyləncə mərkəzindəki “NARGİS” kafesi “Nargis” jurnalının baş redaktoru, MDU-nun Bakı filialının rektoru Nərgiz Paşayevanın qızı Ülviyyə Rəhmanova tərəfindən icarəyə götürülüb. z


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol