Sosial şəbəkədə biz:

Məclisdəki partiya sayı 9-a çatdı

10 October 2018, 22:26
Gündəm
HDP Hatay Millət vəkili Barış Atay Mengüllüoğlu ilə İstanbul Millət vəkili Erkan Başın partiyalarından istefa edərək Türkiyə İşçi Partiyasına keçmələrindən sonra Məclisdə təmsil olunan partiya sayı 9-a yüksəldi.  Modern.az xəbər verir ki, 24 iyunda edilən 27-ci  Dövr Millət vəkili Ümumi Seçimində HDP-dən millət vəkili seçilən Mengüllüoğlu ilə Erkan Baş partiyalarından ayrılaraq Türkiyə İşçi Partiyasına keçib. Beləcə Türkiyə İşçi Partiyası Məclisdəki 9-cu partiya olub. TBMM-də son olaraq AK Partiyasından 290, CHP-dən 144, HDP-dən 65, MHP-dən 50, İYİ partiyasından 40, Türkiyə İşçi Partiyasından 2, Səadət Partiyasından 2, Böyük Birlik Partiyası ilə Demokrat Partiyasının hər birindən bir millət vəkili var.