Sosial şəbəkədə biz:

“Onu bu əməllərindən əl çəkməyə çağırıram” - Eldar Həsənov

Bu günlərdə yeni açıqlamaları ilə bir daha gündəmə gəlməyə çalışan keçmiş səfir Arif Məmmədov Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı fövqəladə və səlahiyyətli səfiri Eldar Həsənov barəsində də fikirlər bildirib. Onun sözlərinə görə, səfir ölkəmizi biabır edə biləcək addımları tənqid edirmiş. Bu məsələ ilə bağlı Eldar Həsənov Hafta.az-ın sualını cavablandırıb və keçmiş səfir Arif Məmmədovun hərəkətlərini pisləyib: “Onun tamamilə yanlış bir yolda olduğuna əminəm və heç bir çərçivəyə sığmayan bu fəaliyyətini kəskin şəkildə qınayıram. Onu ölkəmizə, xalqımıza və dövlətimizə qarşı ədalətsiz, qərəzli mövqeyi, ölkəmizin nüfuzuna zərbə vuran, təzyiq və təhdidlərini davam etdirən, bu istiqamətdə əllərindən gələni əsirgəməyən, ölkəmizin uğurlarını həzm edə bilməyən bəzi bədxah qüvvələrin “dəyirmanına su tökmək” kimi dəyərləndirir və onu bu əməllərindən əl çəkməyə çağırıram. Bəzi mətbuat orqanlarının mənim Arif Məmmədovla hər hansı bağlılığım olması barədə yaydığı uydurmaları isə tam əsassız və gülünc hesab edirəm. O mənim də Avropadakı fəaliyyətimi tənqid edənlərdən biridir”.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol