Cavid Qurbanov Bakı-Naxçıvan dəmir yolunun tikintisi haqda
Bakı-Naxçıvan dəmir yolunun tikintisi məsələsinə baxılır.
Virtualaz.org-un məlumatına görə, bunu jurnalistlərə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov deyib.
Onun sözlərinə görə, hazırda Azərbaycan bu məsələ üzərində işləyir: “Bakıdan Naxçıvana birbaşa qatar reysinin olması üçün Azərbaycan dövləti çox çalışır. Amma bu, daha çox siyasi məsələlərdən asılıdır. Onlar həll edilsə, ADY üzərinə düşən vəzifələri yerinə yetirməyə hazırdır”.