Sosial şəbəkədə biz:

Azərbaycanlı çempion Rusiyadan qovuldu

İlin əvvəlindən Perm vilayətinin məhkəmə pristavları tərəfindən müvəqqəti təcridxanaya 406 xarici vətəndaş göndərilib. Onların arasında əslən Azərbaycandan olan, qaydasız döyüş üzrə ikiqat çempion da olub. Oxu.az “PROPerm.ru”-ya istinadən xəbər verir ki, o, Rusiya Federasiyası Cinayət Məcəlləsinin “zərərçəkənin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır xəsarət yetirmə” maddəsi ilə ittiham edilib. Törətdiyi cinayətə görə altı il həbs cəzası çəkən kişi, azad edildikdən sonra məhkəmə pristavları tərəfindən Bakıya uçan reysə çatdırılıb. Qeyd edək ki, 2015-ci ilin əvvəlindən Perm vilayətinin məhkəmə pristavları tərəfindən müvəqqəti təcridxanaya 163 Özbəkistan, 99 Tacikistan, 90 Qırğızıstan və 28 Azərbaycan vətəndaşı göndərilib.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol