Sosial şəbəkədə biz:

Göyərtəsində 189 sərnişin olan təyyarə dənizə düşdü - Fotolar

29 October 2018, 10:53
Gündəm
İndoneziyada təyyarə havaya qalxdıqdan 10 dəqiqə sonra yoxa çıxıb. “Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Cakartadan İndozeniyanın Pankalpinanq şəhərinə  uçan “Boeing 737”də 8-i ekipaj üzvü olmaqla 189 nəfər olub. Təyyarə havaya qalxdıqdan qısa zaman sonra radardan itib. Məlumata görə hava nəqliyyatı Yava adası yaxınlığında dənizə düşüb. *** Artıq qəzaya uğrayan təyyarənin qalıqları və sərnişinlərə aid bəzi əşyalar tapılıb. Aysel Kərimova