Sosial şəbəkədə biz:

Muxtar Babayev idarə rəisini işdən çıxardı - Ekologiya və Təbii Sərvətlər Nazirliyində mühüm dəyişiklik

30 October 2018, 11:10
Gündəm
Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev idarə rəisini işdən çıxarıb.
Azinforum.az unikal.org-a istinadən xəbər verir ki, Muxtar Babayev nazirliyin strukturuna daxil olan Dövlət Ekspertiza idarəsinin rəisi Azər Aslanovu tutduğu vəzifədən azad edib.
Sözügedən vəzifənin icrası müvəqqəti olaraq onun müavini Mübariz Əliyevə tapşırılıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən xəbəri təsdiqləyiblər.