Sosial şəbəkədə biz:

Gəncədə FACİƏ: Bir ailənin 3 üzvünü maşın vurdu

05 November 2018, 15:43
Gündəm
Gəncə şəhərində bir ailənin 3 üzvünü maşın vurub. Azinforum.az report-a istinadən xəbər verir ki, hadisə şəhərinAbbas Səhhət küçəsində baş verib. Belə ki,Samux rayonunun Hacıallı kənd sakinləri - 1957-ci il təvəllüdlü Tanrıverdi Əhməd oğlu Musayev, onun həyat yoldaşı, 1957-ci il təvəllüdlü Maya Xəlil qızı Musayeva və gəlinləri, 1992-ci il təvəllüdlü Pəri Fəxrəddin qızı Musayevanı yolu keçmək istəyərkən avtomobil vurub.Yaralılar xəstəxanaya yerləşdirilib. Onlardan birinin vəziyyəti kafi digərlərinki isə normal qiymələndirilir. Qəzanı törədən sürücü saxlanılıb. Faktla bağlı araşdırma aparılır.