Sosial şəbəkədə biz:

Xırdalan sakinlərinin nəzərinə - İşıq olmayacaq

05 November 2018, 18:13
Gündəm
Sabah saat 10.30-dan 14.00-a qədər Xırdalan şəhəri Nizami küçəsində, Quşçuluq massivinin bəzi ərazilərində elektrik enerjisinin verilişində qısa müddətli fasilələr yaranacaq. “Azərişıq” ASC-dən "Qafqazinfo"ya daxil olan məlumata görə, fasilələr Abşeron rayonu Masazır qəsəbəsi 110/10 kV-luq Ə.Vahid yarımstansiyasından qidalanan TM-54 hava elektrik verilişi xəttinin cari təmir işləri ilə əlaqədardır.