Sosial şəbəkədə biz:

Eldar Mahmudovun həyat yoldaşı istefa verdi

24 November 2015, 16:53
Gündəm
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) katibi Tahirə Mahmudova işdən ayrılıb. “ Azinforum.az ” xəbər verir ki, “Report”un yazdığına görə, o, öz ərizəsi ilə işdən çıxıb. T.Mahmudova işdən ayrılmaq istəməsinə səbəb kimi səhhətində yaranmış problemləri göstərib. AHİK-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nazim Ağamirov məlumatı təsdiqləyib: “O, ərizə yazaraq öz xahişi ilə işdən azad edilib”. Qeyd edək ki, Tahirə Mahmudova sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun həyat yoldaşıdır. T.Mahmudova 2007-ci ildən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında katib vəzifəsində çalışırdı. O, həm də AHİK-in Məclis və İcraiyyə Komitəsinin üzvü idi.